Peşəkar Futbol Liqası 2012-2013-cü il mövsümü futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarının yayımı hüququnun satılması ilə bağlı tender keçirib. Siasport.az saytının PFL-in rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, tenderdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və PFL-in Texniki İdman Şöbəsinin rəhbəri Məlik Həsənovla yanaşı "İdman Azərbaycan" televiziyasından Elsevər Dünyamalıyev ilə "Xəzər" televiziyasından İbrahim Ünlübostan iştirak edib.
Məlumat üçün bildirək ki, bir illik yayım huqunun qiymətinin 500.000 Azərbaycan manatı dəyərərində müəyyən olunduğu tender 2 saatdan artıq davam edib. Peşəkar Futbol Liqasının şərtləri ilə tanış olan televiziya kanallarının nümayəndələri bir həftə ərzində PFL-in təkliflərinə cavab verəcəklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB