Sisi Rayt: “ Sevinirəm ki, Fransa və Almaniya ilə bir qrupda olmayacağıq” - AÇIQLAMA

Sisi Rayt: “ Sevinirəm ki, Fransa və Almaniya ilə bir qrupda olmayacağıq” - AÇIQLAMA
" Xüsusi olaraq hər hansı komandanın rəqib olduğunu deyə bilmərəm. Qruplardakı bütün komandalar güclüdür. Çünki, onlar seçilərək 16 komanda arasına daxil olublar. Mən sevinirəm ki, Fransa və Almaniya kimi güclü komandalarla eyni qrupda olmayacağıq". Siasport.az portalının verdiyi məlumata görə, bu sözləri bu gün Beynəlxalq Muğam Mərkəzində keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Püşkatma Mərasimindən öncə təşkil olunmuş mətbuat konfransında Azərbaycanın U-17 komandasının baş məşqçisi Sisi Rayt jurnalistlərə verdiyi açıqlamasında ifadə edib.

Onun sözlərinə görə, Azərbaycan komandası heç də bu komandalardan oyun üslubuna görə geri qalmır. Lakin bizim ilk öncə qarşımıza qoyduğumuz məqsədimiz qrupdan çıxmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə