FİFA-da texnologiya inqilabı

Qol xəttini müəyyənləşdirən texnologiyanın tətbiqinə icazə verilib. Siasport.az saytının məlumatına görə, FİFA qol xəttini müəyyənləşdirən texnologiyanın tətbiqinə icazə verib (goal-line technology - GLT). Təşkilatın İsveçrənin Sürix şəhərindəki ofisində keçirilən toplantıda mübahisələrə səbəb olan texnologiya və xətt hakimliyi ilə bağlı müsbət qərar verilib.

Bu yeni texnologiya ilk dəfə 2012-ci ilin dekabrında Yaponiyada keçiriləcək klublararası dünya çempionatında sınaqdan keçiriləcək. Daha sonra isə 2013-cü il Konfederasiyalar Kubokunda və 2014-cü il dünya çempionatında bu qol xəttini müəyyənləşdirən texnologiyadan istifadə ediləcək. Sistem lisenziya aldıqdan sonra qurulacaq və qurulduğu hər stadionda test ediləcək.

Yeni sistemlə topun qapıdan keçməsini dəqiq müəyyənləşəcək və hakim səhvlərinin qarşısını ala biləcək. Ən son 2012-ci ilin Avropa çempionatında Ukraynanın İngiltərənin qapısına vurduğu qol sayılmamış və yeni texnologiyanın zəruriliyinə dair müzakirələri yenidən gündəmə gətirmişdi.

Qeyd edək ki, 2012 Avropa Çempionatında Ukraynanın İngiltərəyə vurduğu qolun etibarsız sayılması ilə manşet olmuşdu. FİFA prezidenti Zepp Blater qarşılaşmadan sonra: \"GLT artıq istək yox vacib olub\",- deyə bildirib.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə