Bu gün keçiriləcək püşkatmada Hany Abo Rida da iştirak edəcək

Bu gün keçiriləcək püşkatmada Hany Abo Rida da iştirak edəcək
Bu gün Beynəlxalq Muğam Mərkəzində "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin püşkatma mərasimi keçiriləcək. Siasport.az saytı AFFA-ya istinadən xəbər verir ki, tədbirdə FIFA İcraiyyə Komitəsinin üzvü, "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin FIFA Təşkilat Komitəsinin rəhbəri Hany Abo Rida da iştirak edəcək.
Qeyd edək ki, Hany Abo Rida indiyədək FIFA tərəfindən keçirilmiş bir sıra mötəbər turnirlərin təşkilat komitəsinin rəhbəri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə