Elxan Məmmədov Almaniya millisinin sabiq futbolçusu Ditmar Hamann ilə görüşüb
AFFA-nın baş katibi Elxan Məmmədov, Bakıda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Ditmar Hamann
ilə görüşüb. Siasport.az saytı xəbər verir ki, Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin
yüksək səviyyədə təşkil olunması üçün görülən işlər barədə məlumat
verib. Almaniyalı futbol veteranı püşkatma mərasiminə dəvət olunmasına
görə təşəkkürünü bildirib, Azərbaycanda olmaqdan və mötəbər tədbirdə
iştirak etməkdən böyük məmnunluq hissi keçirdiyini qeyd edib. Hamann
dünya çempionatına hazırlıqla bağlı görülən işlər barədə əldə etdiyi
məlumatlara əsasən mundialın yüksək səviyyədə keçiriləcəyinə əminliyini
söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB