Andres İnyesta: “Qızıl top”u komanda yoldaşım Lionel Messiyə verərdim”
Avropa çempionatının ən yaxşı futbolçusu seçilən
İspaniya yığmasının yarımmüdafiəçisi Andres İnyesta bir sıra
açıqlamalarla çıxışe dib. Siasport.az saytı xəbər verir ki, İspaniya
millisinin üzvü özünü "Qızıl top"a
əsas namizəd saymır. O hesab edir ki, son 3 ildə "Qızıl top"un dəyişməz
sahibi olan "Baselona"dakı
argentinalı komanda yoldaşı Lionel Messi, yenə bu mükafata sahib
olmalıdır: "Məni maraqlandıran yeganə şey "Barselona"nın və yığmanın
yaxşı
oyunudur. Bu azarkeşlərə sevinc bəxş edir. "Qızıl top"? Mən heç kimlə
yarışmıram, onu komanda yoldaşım Lionel Messiyə verərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB