FİFA: Qadınlar hicabla futbol oynaya bilər - YENİLİK

FİFA: Qadınlar hicabla futbol oynaya bilər - YENİLİK

FİFA qolların avtomatik müəyyən edilməsi sitemini qəbul edib. Frans-Press" agentliyi xəbər verir ki, bu barədə qərar dünya ali futbol qurumunun Sürixdəki mənzi-qərargahında keçirilən iclasında qəbul olunub. Bu sistem ilk dəfə 2012-ci ilin dekabrında Yaponiyada keçiriləcək klublararası dünya çempionatında, daha sonra 2013-cü ildə Konfederasiyalar Kubokunda və 2014-cü ildə dünya çempionatında tətbiq ediləcək.

FİFA-nın qərarına müvafiq olarq, dünyada keçirilən istənilən futbol turnirlərində qolların avtomatik müəyyən edilməsi sitemindən istifadəyə icazə verilir. Hazırda iki sistem üzrə testlər keçirilir- GoalRef və Hawk-Eye. Bu system hakim xətalarından yan qaçmaqla vurulan qolları dəqiq qeydə alır.

FİFA son iclasında həmçinin qadınların hicabla futbol oynamaları və futbol matçlarında 5 hakimdən istifadə edilməsi barədə də qərar veib.

Bütün xəbərlər Facebook səhifəmizdə