Futbol üzrə Fransa milli komandasının sabiq yarımmüdafiəçisi, əfsanəvi Zinəddin Zidan vaxtilə şərəfini qoruduğu seçməyə baş məşqçilik edə bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "Le Figaro" nəşri məlumat dərc edib. Qəzetin yazdığına görə, məşhur futbolçu vaxtilə onunla birgə top qovmuş Didye Deşam, həmçinin Pol le Qenlə birgə komandaya rəhbərlik etmək üçün ən real namizədlərdən biri kimi göstərilir.
Zidanın özü də baş məşqçilik həvəsində olduğunu gizlətmir: "10 il öncə mən məşqçi olmaq istəmirdim. Hazırda buna doğru gedirəm. Baxarıq".
Görünən budur ki, Fransa Futbol Federasiyasının rəhbərliyi də məsələdən məmnundur. "Hesab edirəm ki, Zidanın Fransa millisi ilə sıx əlaqədə olduğunu bildirməsi çox gözəl haldır. O, Madriddə Joze Maurinyo ilə birgə işləyir. "Real"ın məktəbi isə dünyada ən yaxşılardandır. Hər bir halda mən Zidanın milliyə yaxın olmağını yüksək qiymətləndirirəm". Bunu federasiyanın prezidenti Le Qrae deyir. Amma ölkənin futbol ictimaiyyəti Zidanın seçmə komandaya rəhbərliyinə o qədər də proqmatik yanaşmır. Ekspertlər hesab edirlər ki, əfsanəvi futbolçunun komandaya təkbaşına başçılıq etmək təcrübəsi yoxdur. Buna görə də ona Fransa millisinin sükanının etibar edilməsi risklidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB