\"Lənkəran\" çətin heç-heçə etdi

\"Lənkəran\" çətin heç-heçə etdi

Cənub təmsilçisi doğma meydanda estonlarla \"sülh\" bağlayıb


Bu gün Avropa Liqasında təsnifat mərhələsinin ilk qarşılaşmaları keçirilir. Lənkəranın "Xəzər" klubu ilk qarşılaşmasını doğma meydanında Estoniyanın "Nomme Kalyu" klubuna qarşı keçirib. Qonaqlar ilk dəqiqələrdə hesabı açıb. 5-ci dəqiqədə vurulan ilk qolun müəllifi Hidetoşi Vakau olub. Amma bu qoldan dərhal sonra lənkəranlılar hesabı bərabərləşdirib. Oyunun 6-cı dəqiqəsində Branimir Subaşiç fərqlənib.


Oyunun birinci hissəsi meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Belə ki, 31-ci dəqiqədə Manuel Skarlatake hesabı 2:1 edib.


Lakin ikinci hissədə "Xəzər Lənkəran" yenidən qapısında qol görüb. 70-ci dəqiqədə Puri fərqlənib: 2:2. Oyun elə bu hesabla da yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə