Pele: “1970-ci ilin Braziliyası indiki İspaniyadan güclü idi”

Pele: “1970-ci ilin Braziliyası indiki İspaniyadan güclü idi”

"1970-ci ilin Braziliyası indiki İspaniyadan güclü idi". Bu sözləri əfsanəvi futbolçu Pele İspaniyanın "Avro-2012"-dəki oyun səviyyəsinə münasibətini bildirərkən deyib.


"Əgər mən bu gün Braziliya yığmasında oynasaydım, biz ispanları da, almanları da, hollandları da məğlub edərdik. Amma söhbət müxtəlif dövrlərdən gedir. Şübhəsiz, İspaniya dünyanın ən güclü komandasıdır. İspaniya bütün futbol tarixində ən güclü yığmlaradan biridir.


Amma əminəm ki, biz o vaxtı güclü idik. Həmin dövrdə Braziliya millisində çıxış edən ulduz futbolçuların sayı çox idi. İndi isə İspaniyada cəmi 2-3 belə futbolçu var", deyə Pele fikirlərini bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə