İngiltərə Premyer Liqanın komandalarından olan "Mançestr Yunayted"in meneceri Alex Ferquson klubdan ayrılmaq istəyən Dimitri Berbatov üçün hazırda rəsmi bir təklif almadıqlarını deyib. Siasport.az saytının İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, Berbatovu hələlik komandada saxlamaq istədiyini ifadə edən Ferquson "Yuventus" ilə razılığa gələn Paul Poqbanı isə kluba hörmətsizlikdə ittiham edib.
Məlumat üçün bildirək ki, 2010-2011-ci illər mövsümünü Premyer Liqada "qol kralı" olaraq yekunlaşdıran Berbatov ötən mövsüm "Mançestr Yunayted"in ehtiyat komandasına məhkum olub. Mövsüm ərzində sadəcə 12 dəfə forma geymə şansı tapan bolqar futbolçu yenə də 7 qol vurmağı bacarıb. Buna baxmayaraq, Berbatov stadiona tez-tez çıxa bilmədiyi üçün komandadan ayrılmaq istəyir. "Yunayted" meneceri Alex Ferquson isə 30 milyon sterlinq xərclədiyi futbolçunu əldən çıxartmaq istəmir.
Qeyd edək ki, Berbatovun komandadan ayrılmaq istədiyi haqda yayılan xəbərlərə münasibətini isə Ferquson belə ifadə edib: \"Berbatov stadionda az vaxt keçirdiyi üçün məyus olub. Çünki əsas hücumda Runi, Velbek, Hernandezdən istifadə edirik. Amma Berbatova haqsızlıq etdiyimi fikirləşmirəm. O, çox gözəl oyunçudur. Bizə alternativ təklif gəlmədiyinə görə, Berbatov Cənbi Afrika və Çendəki turumuza qatılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB