FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə hazırlıq işləri Yerli Təşkilat Komitəsi (YTK) ilə FIFA-nın əməkdaşlığı davam edir. Siasport.az saytının məlumatına görə, hazırlığın bu mərhələsində kütləvi İnformasiya vasitələri nümayəndələrinin proseslərdə daha yaxından və effektiv iştirakını təmin etmək üçün YTK tərəfindən bu gün saat 13:30-dan 15:30-a qədər Beynəlxalq Muğam Mərkəzinin "UD" Kafesində Media Seminarı keçiriləcək.
Məlumat üçün bildirək ki, baş tutacaq seminarda əsas məqsəd çempionata hazırlıq mərhələsində və çempionat dövründə KİV-ə turnir xəbərləri və ən son yeniliklərlə bağlı maneəsiz informasiya axınını təmin etmək üçün ümumi məlumatlar təqdim etmək və media nümayəndələrinin çempionatla bağlı suallarını cavablandırmaqdır. YTK nümayəndələri ilə yanaşı FIFA Media Mütəxəssisləri Seminarda bilavasitə iştirak edərək FIFA-nın rəsmi Media prosedurlarını yerli KİV nümayəndələrinə açıqlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB