\"Neftçi”nin II komandası “Kuban”a uduzdu

\"Neftçi”nin II komandası “Kuban”a uduzdu
Çempionlar Liqasına hazırlığını Avstriyada davam etdirən \"Neftçi\" futbol klubu ilk yoxlama matçını keçirib. Siasport.az saytının məlumatına görə, paytaxt klubu Rusiya Premyer Liqasında çıxış edən FK \"Kuban\" klubu ilə qarşılaşıb.

Məlumat üçün bildirək ki, görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ikinci hissədə baş məşqçi Böyükağa Hacıyev əsasən ehtiyyat heyətin oyunçularına şans verib.

Bütün xəbərlər Facebook səhifəmizdə