Futzalçılarımızın rəqibləri müəyyən olub

Futzalçılarımızın rəqibləri müəyyən olub

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun 2012-2013-cü il mövsümünün püşkatma mərasimi baş tutub. Siasport.az saytının məlumatına görə, qarşılaşmaya əsas mərhələdə başlayacaq Azərbaycanın \"Araz\" klubu püşkün nəticəsinə uyğun olaraq 6-cı qrupda qərarlaşıb.

Məlumat üçün bildirək ki, \"Araz\"ın rəqibləri Hollandiyanın \"Endhoven\", Macarıstanın \"Györ\" klubları və ilkin seçmə mərhələnin C qrupunu birinci yerdə başa vuracaq komanda olacaq. İlkin mərhələnin C qrupunda EID Futsal (İrlandiya), AllstarsW.N. (Avstriya), TÜFAD Ankara (Türkiyə) və Minerva Futsal Bern (İsveçrə) komandaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə