Arsen Venger "Arsenal"ı Fransa millisindən üstün tutdu

Arsen Venger "Arsenal"ı Fransa millisindən üstün tutdu

Futbol üzrə Avropa Çempionatında 1\4 final mərhələsindən o yana keçə bilməyən Fransa millisində yeni baş məşqçi axtarışlarına start verilib. Siasport.az saytı xəbər verir ki, Fransa Futbol Federasiyası, (FFF), "Arsenal" klubunun baş məşqçisi Arsen Vengeri milli komandanın sükanı arxasında görmək istəsə də, "topçuların" çalışdırıcısı bundan imtina edib. Bu barədə Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qraet açıqlama verib. Onun sözlərinə görə, Venger "Arsenal"la iki illik müqaviləsinin olduğunu və bütün diqqətini komandasına yönəltdiyini bildirib. Federasiya isə məşqçi axtarışlarını davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə