Ramin Musayev yenə seçildi

Peşəkar Futbol Liqasına prezident seçkiləri keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında təşkil olunan seçkilərdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, PFL-in sabiq prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Premyer Liqasında çıxış edən klubların nümayəndələri iştirak edib.

Məlumat üçün bildirək ki, seçkilərin nəticəsinə görə, Ramin Musayev yekdilliklə növbəti 4 il müddətinə yenidən Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə