UEFA Çempionlar Liqasına start verildi

UEFA Çempionlar Liqasına start verildi
Dünəndən etibarən qitənin ən nüfuzlu klub turnirində I təsnifat mərhələsinə start verilib. Siasport.az saytı xəbər verir ki, ilk oyunlar çərçivəsində baş tutan 3 qarşılaşma məhsuldarlığı ilə seçilib. Lüksemburqun "Dudelanj" futbol klubu, San-Marinonun "Tre Penne" klubunu 7:0 hesabı ilə darmadağın edib. Maltanın "Valetta" klubu isə Andorranın "Lusitans" klubu 8 top fərqi ilə məğlub edib. Şimali İrlandiyanın "Linfild" klubu ilə Farer Adalarının "Torshavn" komandalarının qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb.


Çempionlar Liqası I təsnifat mərhələsi
İlk oyunlar


"Dudelanj" (Lüksemburq) – "Tre Penne" (San-Marino) – 7:0
Melis, 25, Benzouyen, 29, 53, Leqros, 47, Yoahim, 51, 90, Dorsi, 78-öz qapısına

"Valetta" (Malta) – "Lusitans" (Andorra) – 8:0
Karuana, 4, Mifsud, 10, 18, 45, 70, Connatan, 17, 23, Aqius, 72

"Linfild" (Şimali İrlandiya) – "Torshavn" (Farer adaları) – 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə