Dan Petresku  "Neftçi" üzərindəki qələbədən danışdı..

Dan Petresku "Neftçi" üzərindəki qələbədən danışdı..
Dünən axşam Rusiyanın "Kuban" futbol klubu ilə qarşılaşan Azərbaycan çempionu "Neftçi", Rusiya Premyer Liqasına yenicə vəsiqə qazanan debuyant komandaya 0:2 hesabı ilə məğlub olaraq, əslində hansı durumda olduğunu açıqca ortaya qoydu. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "ağ qaralar"ın belə oyun tərzi ilə bir mərhələ belə adlamasının mümkün olmayacağı göz qabağındadır. Görüşdən sonra "Kuban" klubunun baş məşqçisi Dan Petresku açıqlama ilə çıxış edib. Rumıniya futbolunun əfsanələrindən olan D.Petreski yetirmələrinin oyunundan razı qalıb: "Neftçi" ilə sınaqdan razıyam. Yükləmələrə baxmayaraq futbolçularımız daha çox hərəkət edirdi. Topa daha çox nəzarət edən də "Kuban" idi. Lakin oyunun gedişinə əsasən futbolçularıma bir sıra iradım var. Bunu oyunun təhlilində müzakirə edəcəyik. İlk yarıda gənclər çalışdılar, lakin hücumların inkişaf etdirilməsində ustalıq səviyyələri çatmadı. Belə yoxlama oyunları da ona görədir ki, çatışmayan cəhətləri üzə çıxarsın, üzərində çalışmalı olduqlarımızı göstərsin. Növbəti matçda fərqli heyətlə oynayacağıq. "Neftçi" ilə qarşılaşmada sonradan meydana çıxanlar bu dəfə start heyətində oynayacaq. Digərləri isə son yarım saatda oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə