“Sumqayıt” klubu təlim-məşq toplanışına başlayıb

“Sumqayıt” klubu təlim-məşq toplanışına başlayıb

"Sumqayıt" Futbol Klubu 2012/2013 mövsümü üçün hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, daha çox fiziki hazırlığın artırılmasına önəm verən klubun baş məşqçisi Bernhard Raab növbəti məşqini saat 17:00-da keçəcək. Dünənki hazırlıq mərhələsində zədə alan klubun yeni transferi Taner Taktak səhər məşqində yüngül qaçışla kifayətlənib. "Sumqayıt" Futbol Klubu iyulun 7-də əvəzedici komanda ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, hazırda U-19-un heyətində təlim-məşq toplanışında olan Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə hazırlıq prosesinə nisbətən gec qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə