Səməd Aybaba: “Beşiktaş”da oynamaq bir şərəfdir”

Səməd Aybaba: “Beşiktaş”da oynamaq bir şərəfdir”

"Beşiktaş" komandası yeni baş məşqçisi Səməd Aybaba rəhbərliyi ilə 2012-2013 mövsümünə addım atıb. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yeni mövsümün ilk təlim-məşqlərindən əvvəl futbolçularla söhbət edən baş məşqçi tələblərini maddələr şəkilində sıralayıb:

"1.Bizim üçün yeni dövr başlayır. Məqsədim ailə mühiti meydana gətirməkdir. Bunun üçün ilk növbədə istək və hörmət mütləqdir.

2.Hörməti yaratmağın ən önəmli göstəricisi intizamlı olmaqdır.İşini yaxşı yerinə yetirməkdir. . Bunların olduğu yerdə qələbə olar.

3." Beşiktaş" forması çox qiymətlidir. "Beşiktaş"da oynamaq bir şərəfdir. Bu forma hər zaman hansı şərtlə olarsa olsun çempionluq üçün oynayır və bu komandanın hər zaman hədəfi çempionluqdur. Bunun üçün də mübarizə aparmaq lazımdır. Bizimlə bu duyğunu hiss edəcək və mübarizələrdə əlindən gələnin ən yaxşısını edənlər bizimlə yola davam edəcəklər. Əks halda bizimlə olmayacaqlar\".

Səməd Aybabanın toplantıda komandaya etdiyi xəbərdarlıqlar portuqaliyalı ulduzlara da bir ismarıc olub. Baş məşqçi Quaresmanın qalmasının çətin olduğunu vurğulayıb.

Qeyd edək ki, mətbuata transfer işləri haqqında da məlumat verən təcrübəli məşqçi qapıçı transferinin 2-3 gün içində müəyyələşəcəyini deyib.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə