İtaliya millisi isə prezidentlə tamam fərqli ovqatla görüşüb
Madriddə futbol üzrə Avropa çempionatının qaliblərini - İspanya millisini qarşılayırlar. Çempionlar İspaniya kralı Xuan Karlos və kraliça Sofiya ilə görüşüblər. Hazırda kubok Madrid küçələrində gəzdirilir.
İspaniya millisini qarşılamaq üçün küçələrə minlərlə azarkeş çıxıb. Komanda dalbadal üç böyük turnirdə qələbə qazanamaqla dünya futbol tarixinə düşüb.
İtaliya yığması isə ölkə prezidenti Corco Napolitano ilə görüşə tamam fərqli ovqatla gedib. Andrea Pirlo i Mario Balotelli komandanın oyunçuları tərəfindən imzalanan topu, eləcə də gümüş medalı dövlət başçısına təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB