WBC versiyası üzrə dünya çempionu, 40 yaşlı ağır çəkili ukraynalı boksçu Vitali Kliçko sentyabrın 8-də son döyüşünə çıxacağını bəyan edib. Almaniyanın "Bild" nəşrinin məlumatına görə, Moskvanın "Olimpiyski" idman kompleksində keçiriləcək döyüşdə Kliçko və 27 yaşlı Suriya əsilli alman Manuel Çappla münasibətlərinə aydınlıq gətirəcəklər.
Əvvəllər arena rəhbərlərilə razılıq əldə olunmadığından görüşün baş tutması bir qədər qeyri-müəyyən olsa da, sonda qarşılaşmanın sentyabrın 8-də keçirilməsi barədə razılıq əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB