UEFA-nın klub reytinqi yenilənib. Siasport.az saytı xəbər verir ki, Avropa ali futbol qurumunun apardığı araşdırmaya əsasən, iyulun 1-nə Azərbaycan 2012/2013-cü il mövsümü ərəfəsində 53 ölkə arasında 35-ci yeri tutur. Son dörd mövsüm ərzində əmsalımız 5,541 xala bərabər olub (2008/2009-cu il mövsümündən 2011/2012-ci il mövsümünədək). 2012/2013-cü il mövsümündə Azərbaycanın hələ ki, xalı yoxdur. Əmsal cədvəli aşağıdakı şəkildə formalaşır. Avropa turnirləri başa çatdıqdan sonra hər bir ölkə üçün "mövsüm əmsalı" hesablanır. Bunun üçün həmin mövsümün Avropa kuboklarında bu ölkəni təmsil edən bütün klubların qazandıqları xalların cəmi bu klubların sayına bölünür (əmsal yuvarlaqlaşdırılmadan, mində bir hissəyədək hesablanır).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB