Azərbaycan İntellektual Oyunlar Federasiyasının (AİOF) dəstəyi ilə təşkil olunacaq İntellektual Çoxnövçülük üzrə Azərbaycan Kubokunun ilk etapı 18-19 avqustda Nabranda təşkil olunacaq. SİA-nın xəbərinə görə, Atəşgah İntellektual Oyunlar Klubu, Turan İntellektual Oyunlar Klubu və Xəzər İntellektual Gənclər Klubu və Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən təşkil olunacaq Kubokda populyar intellektual oyunlar – Nə? Harada? Nə zaman?, Breyn-rinq, Fərdi oyun və Xəmsə üzrə yarışlar keçiriləcək.
İntellektual Çoxnövçülük üzrə Azərbaycan Kuboku 4 etapdan ibarət olacaq və hər bir etap ölkənin regionlarında təşkil ediləcək. Yarışların regionlarda təşkil olunmasının məqsədi Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının regionlarda gənclərin intellektual klublarının yaradılması və inkişafı bəndinin həyata keçirilməsinə dəstək olmaqdır. AİOF-un icraçı direktoru Seymur Teymurovun sözlərinə görə İntellektual Çoxnövçülük üzrə Azərbaycan Kuboku regionlarda intellektual oyunların populyarlaşmasına kömək edəcək, daha çox gənci intellektual hərəkata cəlb edəcək.
Xatırladaq ki, Azərbaycan İntellektual Oyunlar Federasiyası Beynəlxalq Klublar Assosiasiyasının üzvləri olan Atəşgah İntellektual Oyunlar Klubu, Turan İntellektual Oyunlar Klubu və Xəzər İntellektual Gənclər Klubu tərəfindən təsis edilib. Federasiya ölkə ərazisində intellektual oyunların populyarlaşdırılması və intellektual hərəkatının koordinasiya edilməsi üçün yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB