Boksçumuz Avropa çempionatının finalına vəsiqə əldə edib

Boksçumuz Avropa çempionatının finalına vəsiqə əldə edib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçılar məlum olub. Boks Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, təssüff ki, yarımfinala vəsiqə qazanmış 5 boksçumuzdan yalnız biri həlledici mərhələyə yüksələ bilib. 57 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə Almaniyanı təmsil edən Vladislav Barısniki 17: 9 hesabı ilə məğlub edib. Boksçumuz finalda rusiyalı Arkadi Plemeniçenko ilə üz-üzə gələcək. 48 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə bürünc medalla kifaytlənməli olub. Millimizin üzvü yarımfinalda rusiyalı Süleyman Bammatova 10:13 hesabı ilə uduzub. Orxan Əliyevin finala gedən yolunu isə Belarus nümayəndəsi kəsib. O, Vladimir Tsitova 8:16 hesabı ilə məğlub olub.

Məlumat üçün bildirək ki, Cavid Quliyev də (60 kq) qitə birinciliyinin bürünc medalı ilə kifayətlənib. Həmyerlimiz yarımfinalda rusiyalı Aleksandr Moroxinə 13:19 hesabı ilə uduzub. Məhəmmədəli Tahirov da 3-cü yer tutanlar arasındadır. Ən ağır çəkili boksçumuz yarımfinalda rusiyalı Marat Kerimxanova 2 xal fərqlə məğlub olub - 9:11. Beləliklə, milli komandamızın 4 üzvü Avropa birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, Şamil İbrahimzadənin medalının əyarı isə bu gün keçiriləcək finaldan sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə