İspaniyanın "Real" futbol klubunun portuqaliyalı baş məşqçisi Joze
Maurinyo, türkiyəli futbolçu Məsut Özil barədə açıqlama ilə çıxış edib.
Siasport.az saytı xəbər verir ki, "Avro 2012"nin yarımfinalında İtaliya
ilə keçirilən görüşdən sonra Almaniya mətbuatında sərt tənqidə məruz
qalan "Real"ın futbolçusuna, baş məşqçisi tərəfindən dəstək gəlib.
Futbol üzrə Almaniya millisində çıxış edən futbolçunun bu ölkə mətbuatı
tərəfindən sərt tənqid olunmasını heç cürə başa düşmədiyini deyən
J.Maurinyo, deyilənlərin tam əksinə olaraq M.Özilin Avropa Çempionatında
Almaniya millisinin heyətində ən yaxşı çıxış edənlərdən biri olduğunu
diqqətə çatdırıb. J.Marunyo, bundan başqa türk əsilli futbolçunun
dünyanın ən yaxşı oyun qurucusu olduğunu da dilə gətirərək, M.Özilə
qarşı aparılan hücum kampaniyasını əsassız sayıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB