"Qarabağ"ın məşqləri Türkiyə mediyasının diqqətindədir

"Qarabağ"ın məşqləri Türkiyə mediyasının diqqətindədir

Ağdamın "Qarabağ" futbol klubu qardaş Türkiyənin televiziyalarının diqqətindədir. Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin "Kanal B" televiziyasının əməkdaşları "Qarabağ"ın məşqində olublar.

Komandanın məşqindən reportaj hazırlayan TV əməkdaşları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla da görüşüblər. "Qarabağ"ın Azərbaycanın ən nüfuzlu komanda olmasının, Ağdam təmsilçisinin "Rusenborq", "Visla" və "Brügge" kimi klubları məğlub etməsinin sirrini soruşan müxbir eyni zamanda komandanın hədəfləri barəsində də suallar ünvanlayıb. Q.Qurbanov, ötən mövsümün onlar üçün uğursuz alındığını, amma baş verənlərdən nəticə çıxardığını bildirib. Azərbaycan çempionatının ildən-ilə gücləndiyini bildirən "Qarabağ"ın çalışdırıcısı qarşıdan gələn mövsümə ciddi hazırlaşdıqlarının və hədəflərinin zirvə uğrunda mübarizə aparmaq olduğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə