Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq
turnir başa çatıb. Siasport.az saytının verdiyi xəbərə görə, hər iki güləş növü
üzrə ümumilikdə 6 idmançı iştirak etdiyi yarışda yığmamız 4 gümüş və 1 bürünc
medal qazanıb.
Baş məşqçi Salih Boranın rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) olimpiada əvvəli son turnirdə qüvvələrini sınayıblar.
60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Bayramov finalda gürcü rəqibinə məğlub olub. Həsən Əliyev də 66 kq çəkidə mübarizə aparıb və həlledici görüşə qədər məğlubiyyətsiz irəliləyib. Qızıl medal uğrunda görüşdə isə idmançımız Almaniya təmsilçisinə qalib gələ bilməyib və gümüş medalın sahibi olub.
Sərbəst güləş yarışlarında ölkəmizi Əşrəf Əliyev, Aleksandr Qostiyev, Hacı Əliyev və Məhəmmədhacı Xatiyev təmsil edib. Əşrəf Əliyevlə Aleksandr Qostiyevin mübarizəsi diqqət mərkəzində olub. Bu yarışın yarımfinalında həmyerlilərimiz üz-üzə gəlib və qarşılaşmadan Əşrəf Əliyev qalib ayrılıb. Finalda rusiyalı Hacı Hacıyevlə qarşılaşan Əşrəf Əliyev gümüş medala kifayətlənib.
Digər idmançılarımız – 60 kq çəkili Hacı Əliyev bürünc, 84 kq-da güləşən Məhəmmədhacı Xatiyev isə gümüş medal sahibi olub.
Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB