Azərbaycan bokçusu Avropa çempionu oldu

Azərbaycan bokçusu Avropa çempionu oldu

Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında bok üzrə Avropa çempionatı başa çatıb. Finala boksçularımızdan Şamil İbrahimzadə (57 kiloqram) yüksəlib. Həlledici mərhələdə onun rəqibi rusiyalı Arkadi Plemeçenko olub. Boksçumuz 14:9 hesabı ilə qalib gəlib və Avropa çempionu tituluna qazanıb.


Xatırladaq ki, boksçularımızdan Elnur Şəfizadə, Cavid Quliyev, Orxan Əliyev və Məhəmmədəli Tahirov Avropa çempionatının bürünc mükafatçısı olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə