Avropa Superkuboku Tiflisdə keçiriləcək

Avropa Superkuboku Tiflisdə keçiriləcək

Çempionlar Liqası və Avropa Liqasının qalibləri Gürcüstan paytaxtında qarşılacaqlar


UEFA 2015-ci ilin Avropa Superkubokunun Tiflisdə ueçirilməsi barədə qərar qəbul edib.

İTAR-TASS-in verdiyi məlumata görə, qərarı Kiyevdə olan Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Sçinava məlumat verib.


Gürcüstan telekanallarına müsahibəsində Zviad Sçinava bildirib ki, UEFA rəhbərliyinin qərarı Gürcüstan üçün çox əhəmiyyətlidir. "2015-ci ildə Çempionlar Liqası və Avropa Liqasının qalibləri Gürcüstan paytaxtında Mixail Meski adına stadionda qarşılaşacaqlar", - o deyib.


Gürcüstanın İdman Nazirliyinin nümayəndələri isə bildiriblər ki, futbol tamaşaçının keçirilməsi üçün bütün şərait yaradılacaq.


Tiflis "Dinamo"sunun əfsanəvi oyunçusunun adını daşıyan stadion 45 min nəfərlikdir. Tiflisin gözəl yerlərindən birində yerləşən arena UEFA standartlarına cavab verir.


Qeyd edək ki, 2013-cü ildə UEFA Superkuboku Fransada, 2014-cü ildə isə Uelsdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə