"Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biri kimi beynəlxalq aləmdə nüfuz qazanıb"
Bu gün Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) 20
illik yubileyi və Beynəlxalq Olimpiya Gününü qeyd olunmasına dair
iclas keçirilib. Siasport.az saytı xəbər verir ki, iclasda çıxış edəm MOK-un vitse-prezidenti
Çingiz Hüseynzadə idmançılarımızın Olimpiya Oyunlarında qazandıqları
uğurlardan danışıb və ölkəmizdə həmişə Olimpiya Hərəkatının inkişafda
olduğunu diqqətə çatdırıb. Bildirib ki, MOK yarandığı gündən
ölkəmizdə Beynəlxalq Olimpiya Günü qeyd olunur. Xüsusilə 1997-ci ildə
MOK-a yeni prezident seçildikdən sonra bu bayram günü ilə bağlı
tədbirlər daha təntənəli şəkildə keçirilməyə başlanılıb.
Çingiz Hüseynzadə qeyd edib ki, bir neçə gündən sonra London Yay Olimpiya Oyunlarına start veriləcək. Azərbaycan bu mötəbər yarışa 53 lisenziya qazanıb. Cari ildə digər əlamətdar hadisə isə MOK-un yaradılmasının 20 illiyinin tamam olmasıdır.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, paytaxt və regionlarda istifadəyə verilən olimpiya idman kompleksləri respublikamızda Olimpiya hərəkatının inkişafına stimul verir.
MOK-un vitse-prezidenti Xəzər İsayev bildirib ki, bu gün ölkəmizdə Olimpiya hərəkatı çox böyük sürətlə inkişaf edir. Belə bir dinamik inkişafın nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biri kimi beynəlxalq aləmdə nüfuz qazanıb. Ulu öndər Heydər Əliyev idmana, Olimpiya hərəkatına dövlət səviyyəsində göstərilən qayğını həmişə xüsusi nəzarətdə saxlayıb, idmanı dövlət siyasətinin mühüm qollarından biri kimi ayıraraq, ümummilli mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirib.
Sonda iyunun 24-də Bakıda keçirilmiş Beynəlxalq Olimpiya Günü və Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş Olimpiya qaçış gününün iştirakçılarına diplomlar və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB