Qazaxda Əlağa Şıxlinskinin xatirəsinə həsr olunmuş turnir keçirilir
Azərbaycan Əlbəyaxa Döyüş Federasiyasının təşkilatçılığı, Qazax rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi və Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının iştirakı ilə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 94 illiyi münasibəti ilə General Əlağa Şıxlinskinin xatirəsinə həsr olunan turnir keçirilib. Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Anar Bürcəliyevin Siasport.az saytına verdiyi məlumata görə, turnir Əlbəyaxa döyüşün A1 versiyası üzrə 8 güşıli rinqdə təşkil edilib. Turnirdə A1 versiyasında 20 kq-dan, 65 kq çəki dərəcələri arasında olan idmançılar öz qüvvələrini sınaya biliblər. Turnir baş hakim Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının Milli yığma komandasının baş məşqçisi, 5-dan qarakəmər ustası Xaləddin Şirinovun rəhbərliyi ilə keçirilib. Turnirdə Bakı, Qazax, Yevlax, Ucar, Gəncə, Şəmkir, Ağstafadan olan komanda heyyətləri ümumilikdə 80 nəfərdən ibarət idmançı ilə tatami üzərində öz qüvvələrini sınaya biliblər. Azərbaycanın əməkdar idman xadimi, SSRİ idman ustası, 7-qat Azərbaycan çempionu Ramiz Tağıyev turnirin fəxri qonağı kimi iştirak edərək gənc idmançılara tatami üzərində uğurlar arzulayıb.
20 kq çəki dərəcəsində Elmir Xasməmmədov, 25 kq çəki dərəcəsində Uğur Həmidov, Seymur Mehdiyev, 30 kq çəki dərəcəsində İsmət Məmmədov, 33 kq çəki dərəcəsində Ülvi Hümbətov, 35 kq çəki dərəcəsində Mustafa Bəkirov, 42 kq çəki dərəcəsində Elcan Mənafzadə, 45 kq çəki dərəcəsində Ömər Cəfərov, Rəhim Əhmədli, Orxan Qoçayev, 50 kq çəki dərəcəsində Cəfər Səmədzadə, İsgəndər İsgəndərli, Pərviz Hacıyev, 55 kq çəki dərəcəsində Ümüd Rüstəmov, Vüsal Həmidov, 60 kq çəki dərəcəsində Çoşqun Yusibov, Seymur Orucov, Ülvi Xəlilzadə və 65 kq çəki dərəcəsində Ruslan Cəfərov tatami üzərində öz qüvvələrini sınayaraq turnirin 1 yerinə layiq görülüb.
Qeyd edək ki, növbəti geniş miqyaslı turnirin avqust ayında Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə Yevlax şəhərində keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB