Astara rayonundan sonra Azərbaycanın daha bir bölgəsində futbol klubu yaradılır. Siasport.az saytının verdiyi məlumata görə, vaxtilə Premyer Liqada təmsil olunmuş Bərdəyə idmanın şahı yenidən ayaq açır. Bərdəni təmsil etmiş ABN-nin baş məşqçisi olmuş Əli Quliyev məlumat verib ki, bu mövsümdən həvəskarlar liqada təmsil olunacaqlar. Komanda növbəti ildən isə I divizionda oynayaraq, yüksək liqaya iddialı olacaq. Qeyd edək ki, komandaya baş məşqçi kimi Ə.Quliyev rəhbərlik edəcək.
Ayqün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB