İyul ayının 5-dən 19-dək hakimlərimiz Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışından keçəcəklər. Siasport.az saytının verdiyi məlumata görə, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov açıqlamasında təlim-məşqlərdə iştirak edəcək hakimlərin siyahısını təqdim edib. Hakimlər Komitəsi Premyer Liqa, əvəzedicilərin çempionatı və I diviziona təyinat alan 18 nəfər baş hakim və 18 laysmanı Maribora aparmaq qərarındadır. Təlim-məşq toplanışına cəzalı olduqları üçün yollanmayacaq hakimlər Ramil Diniyev, Rəhim Həsənov, Rövşən Əhmədov, Elnur Muradovdur. Hakimlər qismində Elçin Məmmədov, Əliyar Ağayev, Fariz Yusifov, Rəhim Həsənov, Anar Salmanov, Rauf Cabbarov, Vüsal Əliyev, Orxan Məmmədov, Fuad Həsənov, Elvin Əsgərov, Fərid Məmmədov, Ramil Əhmədov, Namiq Bəkirov, Etibar Həsənov, Sərxan İsmayılov, Yusif Hüseynov, Ramiz Məhərrəmov, Ömər Paşayev iştirak edəcək. Hakim köməkçiləri isə Mehman Mahmudov, Mübariz Haşımov, Vaqif Musayev, Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Elşən Acalov, Coşqun Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Ruslan Quliyev, İsgəndər Əliyev, Elnur Ağayev, Akif Əmirəli, Elman Musayev, Munis Abdullayev olacaq .
Ayqün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB