Futbol üzrə avropa çempionatında göstərdiyi hakimlik bacarığı ilə böyük
rəğbət qazanan türkiyəli ədalət təmsilçisi Cüneyt Çakır, turnirin final
qarşılaşmasında da hakimlik edəcək. Siasport.az saytı xəbər verir ki,
\"Avro 2012\"-nin yarımfinalında Portuqaliya-İspaniya qarşılaşmasını idarə
etmiş C.Çakır, turnirin hakimlər komitəsinin rəhbəri italiyalı
Pierluigi Kollina tərəfindən final qarşılaşmasında dördüncü hakim kimi
meydana çıxmaq barədə tapşırıq alıb. Beləliklə C.Çakır, İspaniya və
İtaliya milliləri arasında keçiriləcək final qarşılaşmasında meydanda
olacaq. Xatırladaq ki, C.Çakır 16 ildən sonra Avropa Çempionatında
ədalət təmsilçisi olan ilk türk hakimidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB