Paul Robinson "Beşiktaş"ın qapıçısı olacaq

Paul Robinson "Beşiktaş"ın qapıçısı olacaq
İstanbulun "Beşiktaş" futbol klubu, Rüştü Rəncbərin komandadan ayrılmasından sonra yaranan qapıçı problemini tamamilə həll etməyə yaxındır. Siasport.az saytı xəbər verir ki, "qara qartal" 41 dəfə İngiltərə millisinin formasını geyən "Blackburn Rovers"in qolkiperi Paul Robinsonla prinsipial anlaşma əldə edib. Türkiyənin "Ligtv.com.tr idman saytı xəbər verir ki, təcrübəli qolkiper bazar günü İstanbula gələrək yeni komandası ilə müqavilə imzalayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə