Mario Balotelli \"alman maşınını\" dayandırdı, İtaliya finala çıxdı!

Futbol üzrə Avropa çempionatında sensasiyalı nəticə qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, turnirdə zəif komanda təsiri bağışlayan İtaliya millisi, turnirin əsas favoriti sayılan Almaniyanı çempionatda ilk məğlubiyyətə uğradaraq finala gedən yolunu kəsdi.

Herakl rolunu isə İtaliya yığmasının Qana əsilli futbolçusu Mario Balotelli oynadı. Məhz Balotellinin ik yarıda vurduğu iki gözəl qolu "ağ-maviləri" finalda İspaniyaya rəqib etdi. Düzdür, hakim tərəfindən artırılmış dəqiqələrdə Özil penaltilə təsəlli qolunu vursa da, Almaniyanın bundan artığına gücü çatmadı. Və ya Yohaim Lövün komandasının "xilas olmasına" vaxt çatmadı. Beləliklə, iyulun 1-də Kiyevdə keçiriləcək final matçında İspaniya və İtaliya komandaları qarşılaşacaq. Qeyd edək ki, bu yığmalar qrup oyununda artıq üz-üzə gəlib. Həmin görüş 1:1 hesabı ilə başa çatmışdı. İspaniya qrup birincisi, İtaliya isə ikinci komanda kimi növbəti mərhələyə çıxmışdı.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...