Azarkeşlərin Rusiya-Çexiya oyununda irqçi şüarlar səsləndirdikləri üçün UEFA Rusiya Futbol Federasiyasını (RFF) 30 min avro cərimələyib. "Frans-Press" agentliyi xəbər verir ki, cəza rusiyalı fanatların çex müdafiəçi Teodor Hebre Selassiyenin ünvanına səsləndirdikləri irqçi sözlərə görə verilib. Bunula çempionat ərzində RFF ümumilikdə 225 min avro cərimələnib.
İspaniyalı azarkeşlər italiyalı hücumçu Mario Balotellini irqçi sözlərə məruz qoyduqlarına görə Priney təmsilçisi də 30 min avro cərimələnib.
Ən böyük cərimə isə hələlik xorvatlara məxsusdur. İtaliya-Xorvatiya görüşündə Balotelli irqçi təhqirlərə məruz qaldığından UEFA Xorvatiya Fudbol Federasiyasını 80 min cərimələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB