“Gənclər Kuboku” turnirinə start verilib

“Gənclər Kuboku” turnirinə start verilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), ADİDAS və "İRƏLİ" İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol

üzrə ilk "Gənclər Kuboku" turnirinə start verib. SİA-nın xəbərinə görə, AFFA-nın Futbol Akademiyasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Qrup mərhələsində 1 və 2-ci yerləri tutan komandalar yarım finala vəsiqə qazanacaqlar.


Yarım final uğrunda mübarizə aparacaq A və B qrupunda yer alan komandaların adlarını

təqdim edirik:


A Qrupu


"İRƏLİ" İctimai Birliyi

Azərbaycan Universiteti TGT

ATGTİ

ASAIF


B Qrupu


Gənclər Turizm İctimai Birliyi

Gənclik Futbol Klubu

Bakı Musiqi Akademiyası TGT

Kreativ Gənclər Klubu İctimai Birliyi


Layihənin keçirilməsində əsas məqsəd 2012-ci ilin Cənab Prezident tərəfindən "İdman

ili" elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını nəzərə alaraq

gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan

gəncləri bir araya gətirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə