Almaniya İtaliyanı da devirə biləcək?

Almaniya İtaliyanı da devirə biləcək?

Bu gün futbol üzrə Avropa çempionatının ikinci yarımfinalında Almaniya və İtaliya yığmaları qarşılaşacaq. Cütün favoriti, təbii ki, bu çempionatda hələ bir xal belə itirməyən Almaniya sayılır. İtaliya isə hazırkı durumda zəif görünsə də, finala adlamaq üçün bütün gücünü səfərbər edəcək. "Ağ-mavilər"in birinci fərqlənəcəyi təqdirdə isə almanlar üçün finala çıxmaq çox çətin olar.


Yarımfinal oyununadək isə, Yohaim Lövün yetirmələri qrupda Portuqaliyanı 1:0, Hollandiyanı və Danimarkanı 2:1 məğlub etdikdən sonra ¼ finalda Yunanıstandan da üstün olmuşdu (4:2).


İtaliya isə qrupda ilk iki görüşdə İspaniya (1:1) və Xorvatiya (1:1) ilə heç-heçə oynadıqdan sonra İrlandiyaya 2:0 hesabı ilə qalib gələrək pley-offa vəsiqə qazanmışdı. ¼-də isə ingilislərlə görüşdə əsas və əlavə vaxtda hesab açılmasa da, penaltilər seriyasında qalib gələn italyanlar növbəti mərhələyə yüksəlmişdilər.


Bugünkü görüşdə qalib gələn komanda İspaniya ilə iyulun 1-də Kiyevdə keçiriləcək final matçında qarşılaşacaq.


23:45. ALMANİYA – İTALİYA


Baş hakim: Stefan Lannua (Fransa)


Varşava. "Milli stadion"

Bütün xəbərlər Facebook səhifəmizdə