“Gənclər Kuboku”: Qrup mərhələsinin püşkatma mərasimi keçirilib - FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), ADİDAS və "İRƏLİ" İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol üzrə ilk "Gənclər Kuboku" turnirinə start verib. "İRƏLİ" İctimai Birliyindən SİA-ya verilən məlumat görə, AFFA-nın Futbol Akademiyasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Qrup mərhələsində 1 və 2-ci yerləri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Yarım final uğrunda mübarizə aparacaq A və B qrupunda yer alan komandaların adlarını təqdim edirik:

A Qrupu


"İRƏLİ" İctimai Birliyi

Azərbaycan Universiteti TGT

ATGTİ

ASAIF


B Qrupu


Gənclər Turizm İctimai Birliyi

Gənclik Futbol Klubu

Bakı Musiqi Akademiyası TGT

Kreativ Gənclər Klubu İctimai Birliyi


Layihənin keçirilməsində əsas məqsəd 2012-ci ilin Cənab Prezident tərəfindən "İdman ili" elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını nəzərə alaraq gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə