“Qarabağ” heyətini Hacı Əhmədovla gücləndirir

“Qarabağ” heyətini Hacı Əhmədovla gücləndirir

"Qarabağ" yeni mövsüm hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Ağdam klubu daha bir futbolçunun transferini reallaşdırıb.

Məlumat üçün bildirək ki, "Qarabağ" klubu Miro Varvodiç və Elnur Abdulovdan sonra Azərbaycan millisinin şərəfini qoruyan Hacı Əhmədovla 2 illik müqavilə imzalayıb. Onu da əlavə edək ki, 1993-cü il təvəllüdlü futbolçu artıq komanda ilə məşqlərə çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə