Məhəllə futbolu turniri davam edir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən \"Futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)\"nin icrası ilə əlaqədar olaraq məhəllələrarası mini-futbol turnirlərinə start verilib. Siasport.az saytının məlumatına görə, 2000-2001-ci il təvəllüdlü uşaqlar arasında keçirilən İlk yarışlar Xətai və Yasamal rayonlarında başlayıb.

Məlumat üçün bildirək ki, Xətai rayonu ərazisində yeləşən 15 saylı UGİM-in futbol meydançasında və Yasamal rayonu Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən futbol meydançasında keçirilən turnirlərdə hər iki rayon üzrə 12 komanda tərkibində 120 futbolçu iştirak edir. Turnirlərin sonunda qalıb komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, kubok və xatirə hədiyyələri ilə təltif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə