Portuqaliya ilə oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran İspaniya millisinin baş məşqçisi Visente Del Boske bir sıra açıqlamalrla çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis futbolçularının oyunundan razı qaldığını vurğulayıb : "Qələbə qazandığımıza görə çox sevincliyik . 90 dəqiqə rəqiblə başabaş mübarizə etdik. Lakin verilən əlavə vaxtda biz daha yaxşı oynadıq. Daha bir gərgin oyunu arxada qoyduq. Belə futbolçulara sahib olduğum üçün çox sevinirəm. Futbolçularımızın ağır mövsüm keçirmələrinə baxmayaraq, bu oyunda əllərindən gələni ediblər. Biz müdafiədə əla çıxış etdik. Penalti vuruşlarına gəldikdə isə Fabreqas əslində ikinci zərbəni yerinə yetirməli idi. Lakin futbolçu beşinci vurmaq istədi. S.Ramosun zərbəsi bizi bir qədər qorxutdu. Ancaq qapıçının aldandığını gördükdən sonra rahatladıq. Artıq dincəlməliyik. Finalda hansı komanda ilə qarşılaşacağımızın fərqi yoxdu. Biz onları yox öz oyunumuzu düşünməliyik".
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB