Bu axşam İtaliya millisi ilə qarşılaşacaq Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv iddialı açıqlamaları ilə diqqət çəkib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi bu qənaətdədir ki, italyanları məğlub etməyin vaxtı çoxdan çatıb. "Welt Online" nəşrinə müsahibə verən almaniyalı mütəxəssis artıq İtaliyanı məğlub etməyin vaxtının gəlib çatdığını vurğulayıb: "Uzun müddətdir ki, İtaliyanı məğlub edə bilmirik. Ancaq artıq dövr dəyişib. Düşünürəm ki, onları məğlub etməyin vaxtı gəlib çatıb. 2011-ci ildə İtaliya ilə yoldaşlıq görüşündə 1:1 hesablı bərabərə qalmışdıq. Həmin oyunda yeni İtaliya millisi ilə tanış olmuşdum. Çezare Prandellinin rəhbərliyi altında İtaliya tam fərqli oyun nümayiş etdirir. Artıq daha aqressiv və hücumameyilli oynayırlar. Lakin biz İtaliyaya qarşı da öz oyunumuzu oynayacağıq. Məncə, bu matçın favoriti yoxdur". Qeyd edək ki, Almaniya - İtaliya matçı bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB