Hollandiya millisinin baş məşqçisi vəzifəsindən qovuldu!

Futbol üzrə Avropa Çempionatında uğursuzluğa düçar olan bir sıra milli komandaların baş məşqçiləri, artıq postlarını tərk etməyə başlayıblar. Siasport.az saytı xəbər verir ki, dünən daha bir məşqçi istefası reallaşıb. Belə ki, Hollandiya Futbol Federasiyası, milli komandanın baş məşqçisi Bert van Marvyiki istefaya göndərib. "Sporx.com"ın məlumatına əsasən, onun istefaya göndərilməsinə əsas səbəb, ilk növbədə Hollandiya millisinin "Avro-2012"də uğursuz çıxış etməsidir. Xatırladaq ki, "Avro-2012"nin B qrupunda mübarizə aparan Hollandiya millisi bütün görüşlərdə məğlub olaraq turnirlə erkən vidalaşmışdı. Məhz bunu əsas gətirən rəhbərlik Marvyiklə yollarını ayırmağı qərara alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...