Futbol üzrə Avropa çempionatında ilk finalçının adına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, dünən axşam penaltilərlə Portuqliyaya qalib gələn İspaniya yığması ardıcıl üçüncü dəfə Avropa Çempionatının finalına çıxıb.
Matçın favoriti ispanlar sayılsalar da, rəqibləri 120 dəqiqə müdafiədə səhvsiz oynadı. 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında isə ¼ finalda italyanlarla oyunda ingilislərin başına gələnəri portuqaliyalılar da yaşadılar. Qarşılaşmanı penaltilərə daşıyan Kriştiano Ronaldonun komandası hətta hesabda önə çıxmaq şansını əldən qaçırdı. Yekunda İspaniya 4:2 qalib gələrək gülən tərəf oldu. Del Boskenin yetirmələrinin rəqibi bu gün keçiriləcək Almaniya-İtaliya görüşündən sonra bəlli olacaq. Final isə iyulun 1-də Kiyevdə keçiriləcək.
Portuqaliya - İspaniya - 0:0 (Penaltilər seriyası - 2:4 )
İspaniya: - + + + +
Portuqaliya: - + + -
Portuqaliya: Patrisio, Pereyra, Pepe, Bruno Alveş, Koentrao, Meyreleş (Varela, 112), Veloso (Kuştodio, 105), Moutinyo, Nani, Ronaldo, Almeyda (Oliveyra, 81)
İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Alba, Xavi.H (Pedro, 86), Buskets, Xabi Alonso, David Silva (Navas, 60), A.İniesta, Neqredo (Fabreqas, 53)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB