“Qalatasaray” Arşavinə “elçi düşüb”

“Qalatasaray” Arşavinə “elçi düşüb”

Türkiyənin "Qalatasaray" klubu "Zenit"in və Rusiya yığma komandasının hücumçusu Andrey Arşavini sıralarında görmək istəyir. "Fanatik" idman portalı xəbər verir ki, 31 yaşlı futbolçunun kluba keçidini baş məşqçisi Fatih Terim istəyib.


Hazırda "Qalatasaray"ın rəybərliyi Arşavinin transfer qiymətilə maraqlanır və yaxın vaxtlarda ona rəsmi təklifin göndəriləcəyi gözlənilir.


Qeyd edək ki, Arşavinin "Arsenal"la müqaviləsinin müddəti 2013-cü ildə bitəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə