UEFA irqçiliyə görə Rusiya və İspaniyanı cəzalandıracaq

UEFA irqçiliyə görə Rusiya və İspaniyanı cəzalandıracaq

Avropanın ali futbol qurumu Rusiya və İspaniya komandaları azarkeşlərinin irqçi hərəkətlərinə yol verdiklərinə görə intizam işi açıb. Məlumata görə, bu barədə təşkilatın saytında xəbər yayılıb.


Söhbət qrup oyunlarının birinci turunda keçirilən Çexiya-Rusiya (1:4) və İspaniya-İtaliya (1:1) oyunlarında baş verən insidentdən gedir. İrqçiliyin qurbanları isə çex Teodor Hebre və italiyalı Mario Balatelli olub.


UEFA-nın nizam-intizam komissiyası bu məsələyə sabah keçiriləcək iclasında baxacaq.


Onu da xatırladaq ki, çempionat çərçivəsində rusiyalı fanatların xuliqan hərəkətlərinə görə qurum Rusiyanı artıq iki dəfə cəzalandırıb.


UEFA dünən keçirdiyi iclasında isə Danimarka ilə görüşdə azarkeşlərin neonasist rəmzini stadiona gətirdiklərinə görə Almaniyanı 25 min avro cərimələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə