II play off mərhələsinin son oyunları keçirilib

II play off mərhələsinin son oyunları keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya

Assosiyasiyaları (AFFA), ADİDAS və "İRƏLİ" İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol üzrə ilk "Gənclər Kuboku" turnirinə start verib. SİA-nın xəbərinə görə, turnir çərçivəsində II play off mərhələsinin son oyunları 26 iyun tarixində AFFA-nın Futbol Akademiyasının meydançasında baş tutub və qalib komandalar qrup mərhələsinə vəsiqə qazanıblar.


Doğru Yol İctimai Birliyi 5:7 ASAIF


Azərbaycan Universiteti TGT 10:8 AKİB


Gənclik Futbol Klubu 3:1 Müsbət Dəyişiklik Hərəkatı


İB Klub 3:6 ATGTİ


Layihənin keçirilməsində əsas məqsəd 2012-ci ilin Cənab Prezident tərəfindən "İdman

ili" elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını, həmçinin

gənclər arasında idmana olan marağı nəzərə alaraq gənclər arasında idmanın inkişafı, sağlam

həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə